
Marsol Group və İş Adamları Cəmiyyətinin Milli Assosiasiyasının (İCMA) təşkilatçılığı ilə Şamaxı rayonunda sahibkarlarla növbəti işgüzar görüş keçirilib. Tədbirdə “Equip Master” şirkətinin təsisçisi Adil Ələkbərov da iştirak edib.
Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov çıxış edərək rayonda investisiya mühitinin yaxşılaşdırılması, sahibkarlığın inkişafı və regionun turizm, kənd təsərrüfatı, üzümçülük və şərabçılıq sahələrindəki geniş potensialı barədə ətraflı məlumat verib.
Marsol Group və İCMA-nın İdarə Heyətinin sədri Tural Mustafayev isə regionlararası əməkdaşlığın gücləndirilməsi və dövlət–özəl sektor tərəfdaşlığının yeni biznes platformalarının formalaşmasındakı rolunu vurğulayıb.
Görüş çərçivəsində fəal fikir mübadiləsi aparan “Equip Master” şirkəti olaraq, regionlarda sənaye və sahibkarlıq infrastrukturunun gücləndirilməsinə, yeni işgüzar əlaqələrin qurulmasına hər zaman töhfə verməyə hazırıq.
Tədbirin sonunda Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədova təşkilatçılar tərəfindən xatirə hədiyyəsi təqdim olunub.